Milli Məclis Azərbaycanla Türkiyə arasındakı sazişi ratifikasiya edəcək.
“Zirvə yolu”nun xəbərinə görə, bununla əlaqədar qanunverici orqanın bu gün keçirilən iclasının gündəliyinə dəyişiklik edilib.
Toplantının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsi əlavə olunub.
Bununla da parlamentin iclasın gündəliyindəki məsələlərin sayı 15-ə çatıb.