ABŞ-nin Ermənistandakı səfiri Kristina A. Kvien Tavuş vilayətinin ərazilərində patrul xidməti üçün Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasına qoşulub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Missiyanın “X” hesabında məlumat paylaşılıb.
Bildirilib ki, səfər missiyanın Karvansaradakı ofisi tərəfindən həyata keçirilib.