Manşet Siyasət

Azərbaycan dünyada minasızlaşdırma strategiyasının qəbul olunmasını təklif edir

“Azərbaycan dünyada minasızlaşdırma strategiyasının qəbul olunmasını təklif edir”.

“Zirvə yolu” xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov noyabrın 15-də “Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 300-dən çox mülki şəxs həyatını itirib.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan mina təhlükəsi ilə daha çox üz-üzə qalan ölkələrdən biridir:

“Biz təklif edirik ki, dünyada minasızlaşdırma ilə bağlı strategiya müəyyən edilsin. Ümid edirəm ki, Azərbaycanın bu təklifi müsbət qarşılanacaq və dünyanın minasızlaşması istiqamətində addımlar atılacaq”.

Ə.Əhmədov azad edilmiş ərazilərin bərpasına milyardlarla vəsait lazım olduğunu deyib:

“Azərbaycan 3 il öncə öz torpaqlarını işğaldan azad etdi və məlum oldu ki, keçmiş məcburi köçkünlərin ora qayıtması üçün heç bir şərait yoxdur. Azad olunmuş ərazilərinə bərpası üçün isə milyardlarla vəsait lazımdır. Təbii ki, həmin ərazilərin bərpasına uzun zaman və böyük məbləğdə vəsait sərf ediləcək”.

Baş nazirin müavini həmçinin əlavə edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində maraqlıdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir