Cəmiyyət

Xanım Sofiyevayanın yerinə təyinat – Daha bir vəzifə ona həvalə edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə Tibb işləri üzrə rəis müavini təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə tibb xidməti polkovnik-leytenantı Vəfa Dadaşova təyin olunub.

Vəfa Dadaşova həmçinin vəzifəsindən azad olunan polkovnik Xanım Sofiyevayanın rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinə rəis əvəzi təyin edilib.

Qeyd edək ki, Tibb Xidmətinin Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovniki Salman İsrafil oğlu Məmmədov və Tibb Xidməti rəisinin müavini, tibb xidməti mayoru Tale Nadir oğlu Əlirzayev vəzifələrindən azad olunublar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir