Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Azərbaycan dili dərsliklərinin təhvil verilməsi üçün İrpen şəhərindəki Zərifə Əliyeva adına “Lingvist” liseyində olub.
“Zirvə yolu” xəbər verir ki, diplomat bu barədə “X” hesabında yazıb.
S.Mərdəliyev bildirib ki, lisey Ukraynada Azərbaycan dilini tədris edən ilk məktəbdir: “Liseydə 3-11-ci siniflər təhsil alacaq. Bu, Azərbaycan-Ukrayna əməkdaşlığında mühüm mərhələdir”.