Cəmiyyət

Vüqar Kərimovun cənubdakı kadrı çətin durumda

Artıq ictimaiyyətə məlumat vermişdik ki, “Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Kərimovun “Qara kassa”sı kimi tanınan, ən yaxın kadrı 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin mühafizə üzrə müavini Rahib Ağayev oxuyub yazmağı bacarmır”.

Səhv başa düşmədiniz, elədir ki var. Amma buna baxmayaraq “dayday”sı Vüqar Kərimovun sayəsi nəticəsində böyük vəzifə tutub.
Onu da bildirmişdik ki, Rahib Ağayev, bu iki il ərzində müavin işlədiyi dövrdə hansı bir ağaca öz xidməti damğasın vurub və ya akt tərtib edib.

Etibarlı mənbəmizin verdiyi məlumata görə, bizim yazılarızdan sonra dərhal Vüqar müəllim Rahib Ağayevə zəng vuraraq bildirib ki, artıq sənə görə biabır olmuşam.
Odur ki özünü sığortalamaq üçün hərəkətə keç və bir neçə ağaca damğa vurub akt tərtib et ki, qoy əlində yazılı sənətin olsun.

Rahib Ağayev isə 12 noyabr 2023-cu il tarixində Cəlilabad meşələrinə yollanmış və ömründə ilk dəfə olaraq bir neçə ağaca damğa vurub, özü akt yaza bilmədiyi üçün Mərkəzin işçisinə akt da yazdırmışdır.
Buna el arasında “Daldan atılan daş topuğa dəyər” deyillər

Mənbə onu da bildirir ki, Rahib Ağayev özünü “ziyalı” və “müəllim” kimi cəmiyyət və idarə işçilərinə sırımaq istəyir.

Oxuyub-yazmağı bilməyən bir kəs necə müəllim ola bilər?!
Bu “müəllim” sözün gözdən salmaq demək deyilmi, bəs nədir?

Rahib Ağayev özünü işçi və digərlərinə “müəllim” kimi təqdim edir və bu sözdən necə deyəllər: “həzz alır”.

Rahib Ağayev dəfələrlə iclaslarda və öz həmkarlarına deyib ki, mühafizə üzrə direktor müavini ştatın Vüqar müəllim mənə görə gətizdirib.
Mənə əgər hazırda tutduğum vəzifədən çıxsam, o zaman bu ştatı da ləğv etdirib gedəcəm.

Rahib Ağayev haqda araşdırmamız davam edir.

Mənbə: Nyus.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir