İsrailin Azərbaycandakı səfirliyinə iranəsilli silahlı şəxsin hücumunun qarşısı alınıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları hücumun qarşısını vaxtında almağı bacarıb:
“Azərbaycan DTX səfirliyə soxulmağa cəhd edən şəxsi tərk-silah edib”.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi İsrail səfirliyinə hücumda təqsirləndirilən M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.