Futbol üzrə Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.
“Zirveyolu.info” xəbər verir ki, F qrupunda mübarizə aparan yığmamızın rəqibi İsveç yığması olub. Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Azərbaycan millisinin böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. Millimiz 57-ci dəqiqədə azlıqda qalsa da, sonadək qapısını toxunulmaz saxlaya bilib və 89-cu dəqiqədə kapitan Emin Mahmudovun möhtəşəm qolu ilə fərqi artıraraq qələbəni əldə edib.
Oyunu qadın hakim isveçrəli Ester Ştaubli idarə edib.
Qeyd edək ki, bu görüşə qədər millimiz İsveçlə 3 dəfə qarşılaşmış və rəqib qapısına yol tapa bilmədən hər 3 görüşü məğlub başa vurmuşdu(0:1; 3:0; 5:0)
Qrupun digər oyununda Avstriya səfərdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib.
Avro-2024, seçmə mərhələ, 9-cu tur
16 noyabr
21:00. Azərbaycan – İsveç – 3:0
Qol: Emin Mahmudov, 3, Renat Dadaşov, 6, Emin Mahmudov, 89
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 57 (Azərbaycan)
Baş hakim: Ester Ştaubli (İsveçrə)
Tofiq Bəhramov adına Respublika Stadionu
21:00. Estoniya – Avstriya – 0:2
Qol: Laymer, 26, Lenhart, 39
Millimiz qrupda sonuncu oyununu noyabrın 19-da səfərdə Belçikaya qarşı keçirəcək.
1.Avstriya-19, 2.Belçika-17, 3.İsveç-7, 4.Azərbaycan-7, 5.Estoniya-1