Gəncə Şəhər Birləşmiş Xəstəxanası, PHŞ-nin direktor müavini, Kardioloji Xəstəxananın rəhbəri-Əmiralı Çingiz oğlu Yusifov
Həkim-tibb sahəsində yüksək səviyyədə elm və bacarığa malik olan insan. Bəlkə də çox sadə oldu açıqlaması, amma gəlin, ətraflı düşünək: Kimdir həkimlər? Həyatımızda nə kimi rolu var? Xalqın tarixən ən ülvi, ən müqəddəs insan saydığı şəxsdir həkim. Çünki sənətini yaxşı bilən, xalqın sağlamlığının keşiyində layaqətlə dayanan həkimlər ən ali məqama layiqdirlər.
Hətta həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər belə öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdi.
Həqiqətən də xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Elə bu səbəbdən də belə bir şərəfli və məsuliyyətli sahə üzrə rəhbər vəzifəsində çalışan şəxslərdən biri də Gəncə Şəhər Birləşmiş Xəstəxanası, PHŞ-nin direktor müavini, Kardioloji Xəstəxananın rəhbəri-Əmiralı Çingiz oğlu Yusifovdur.
Əmiralı Yusifov həm ən ali insanı keyfiyyətlərə malik, həm də işinə çox böyük məsuliyyətlə yanaşan şəxsdir. Onun yüksək fəaliyyəti göz önündədir.
Qeyd edək ki, Əmiralı Çingiz oğlu Yusifov bundan əvvəl Kardioloji xəstəxananın Miokard İnfarktı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, son dərəcə çətin və vacib olan işinin öhdəsindən layiqincə gəlib.
Məhz buna görə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, Kardioloji xəstəxananın rəhbəri vəzifəsi Əmiralı Yusifova həvalə olunub.
Əmiralı müəllim hər zaman olduğu kimi hazırkı vaxtda, bu ləyaqətli vəzifənin də öhdəsindən məharətlə gəlir.