Manşet Siyasət

Azərbaycanda xarici diplomatların aeroportların VİP salonlarından istifadəsinə XİN razılıq verəcək

Nazirlər Kabineti 29 oktyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nda dəyişiklik edib.

“Zirvə yolu” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Xarici İşlər Nazirliyi tərəfindən Prezidentin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VİP salonlarından istifadə edəcəklər. İndiyə qədər həmin bildirişi Prezidentin Protokol xidməti təqdim edirdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir