Cəmiyyət

MİDA ölkədə niyə NARAZILIQ YARADIR? – HƏQİQƏTƏN DƏ…

Bir neçə dəfə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbərliyinə xakerlər və xüsusi proqram vasitəsilə satışa müdaxilə olduğu, satışın ədalətsiz keçirildiyini yazmışam.
Amma MİDA rəhbərliyi iddiaları rədd etmiş, satışın etibarlı, şəffaf və təhlükəsiz keçirildiyini cavab məktubunda yazıb.

Ötən il satışlara müdaxilə edən bir neçə xaker həbs edildi. Onların xüsusi proqramlarla yüzlərlə mənzili pul qarşılığında seçdiyi məlum oldu.

MİDA ölkədə niyə NARAZILIQ YARADIR?
MİDA ölkədə niyə NARAZILIQ YARADIR?
MİDA ölkədə niyə NARAZILIQ YARADIR?
MİDA ölkədə niyə NARAZILIQ YARADIR?

Bu məktubları saxlamışam. Xakerlərin məhkəməsi olsun, sonra mən də məhkəməyə müraciət edəcəm. MİDA rəhbərliyi gəlib məhkəmədə təhlükəsiz, şəffaf və etibarlı satışı sübut edər.

***

MİDA-nın mənzillərinin seçimi ədalətsiz, jurnalistlərin binasındakı mənzillərin paylanılması ədalətsiz, AYB-nin yazıçılara mənzil paylaması ədalətsiz.
Hər üç məsələdə evsizlər kənarda qalıb 2-3 evi olanlar mənzil əldə edir.

Doğrudan bu ölkədə dərəbəylikdir?

Bir ölkədə bu qədərmi yiyəsizlikdir?

Müəllif: Elyar İslamoğlu – Filologiya üzrə fəlsəfə doktoru, Müstəqil ekspert
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir