Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib, iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank”ın ləğvedicisi təyin edilmişdir.
Fond Bankın müştərilərinin nəzərinə çatdırır ki, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər:
Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi – https: million.az veb saytı vasitəsilə;
Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi – “e-manat”, “Million” və “m-pay” ödəniş köşkləri vasitəsilə;
Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün “Muğan Bank”ın Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri
LPO “Muğanbank” ASC, VÖEN | 1400122681 |
Mərkəzi Bank, VÖEN | 9900071001 |
SWIFT.BIK (AZN) | NABZAZ2C |
SWIFT.BIK (xarici valyuta) | NABZAZ2X |
Kod | 501004 |
Müxbir hesab AZN | AZ74NABZ01451700000000001944 |
Hesablaşma hesabı AZN | AZ92NABZ01350100000000065944 |
Müxbir hesab EUR | AZ58NABZ01452800000000007954 |
Hesablaşma hesabı EUR | AZ40NABZ01350200000000065954 |
Müxbir hesab USD | AZ51NABZ01452800000000015840 |
Hesablaşma hesabı USD | AZ77NABZ01350200000000066840 |
Kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi qeyd edilən ünvanlarda mümkündür:
“Muğan Bank”ın Baş ofisi.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B. AZ1052
Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların regional mərkəzləri üzrə ünvanlar:
- Mingəçevir şəhəri, Füzuli küçəsi, 24B
- Gəncə şəhəri, Cavadxan küçəsi 10
- Sumqayıt şəhəri, 6-cı mikrorayon, Cəlil Məmmədquluzadə küçəsi 7
- Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi 256
- Lənkəran şəhəri, Mirmustafaxan küçəsi 22
Əlaqə: (+994) 941