Cəmiyyət

Ölümündən sonra beş medalla təltif olunan Vətən müharibəsi şəhidi Niftalı Qocayevin bu gün cənnətdəki növbəti doğum günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq—————————

2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan Vətən müharibəsi, İkinci Qarabağ müharibəsi xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Bu müharibədə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, onun rəhbərliyi altında şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldular və öz adlarını da tarixə əbədi həkk etdilər.

Düşmən üzərində möhtəşəm qələbə qazanmaq naminə Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid Qocayev Niftalı Zakir oğludur. Niftalı Qocayev də torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam olması üçün Vətən müharibəsi başlayanda döyüşlərə könüllü qatılmışdı.

Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”“Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı qəhrəman şəhidimizin bu gün 29 yaşı tamam olacaqdı.

“Zirvə yolu” xəbər verir ki, GOYEZEN.AZ saytı hər zaman olduğu kimi bu gün də öz ənənəsinə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edir. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Niftalı Qocayev də hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Niftalı kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Niftalı tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!

Ülvi Vəliyev: Bölgə müxbiri

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir