Cəmiyyət

Bakıda ticarət mərkəzinin 220 kv.m sahəsi yanıb

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 880 kv.m olan mansard tipli üç mərtəbə və zirzəmidən ibarət ticarət mərkəzinin taxta konstruksiya və ondulin dam örtüyündən ibarət mansardı 220 kv.m sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir