İsraillə HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəs rejimi noyabrın 24-ü saat 9-dan (Bakı vaxtı ilə – red) başlayıb.
“Zirvə yolu” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, əldə edilən razılaşmaya əsasən, 13 nəfərdən ibarət ilk girov noyabrın 24-də saat 18-də Qəzza zolağından çıxarılacaq.
Qeyd edək ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.
Razılaşmaya əsasən, oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən təxminən 240 nəfərdən 100-nün azad ediləcək. İsrail də öz növbəsində iki mübadilədə zamanı 300 fələstinli məhbusu azad edəcək.