Cəmiyyət

Penitensiar sistemdə SEYİDİN YOLU… – İTTİHAM VAR…

“Penitensiar xidmətə yeni rəisin təyinatından sonra ümid edirdik ki, bu sahədə olan müəyyən negativ hallar qismən də olsa aradan qaldırılacaq lakin gözlədiyimizin əksi oldu. Vəzifəyə təyin olunduğu gündən Mirsaleh Seyidov vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verərək, ədliyyə orqanlarının fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olur.

Belə ki, çox hörmətli nazirimiz Fikrət Məmmədovun dəfələrlə ona etdiyi xəbərdarlıqlara baxmayaraq Mirsaleh Seyidov hələ də cəzaçəkmə müəssisələrinə yeni daxil olmuş məhkumlardan 5000 manat məbləğində “xoş gəldin” alınır. Şikayət edən məhkum ailələrinə isə bu vəziyyətin müvəqqəti olduğu alınan məbləğin də güya Penitensiar müəssisələrin təmir işləri üçün yığıldlğı deyilir.

Məsələnin acı tərəfi də odur ki, bu məbləği çatdırmayan məhkumlar öz ailə üzvləri ilə görüşdən məhrum edilir, “karantin” də saxlanılırlar, yemək təminatından məhrum edilirlər. Yalnız 5000 manat məbləğ çatdırıldıqdan sonra 300 manat məbləği qarşılığında cəzalarını yaşadıqları ünvanda çəkməyə icazə verirlər”.

Qeyd edək ki, bu sözlər bizə təqdim olunan məqalədə yer alıb. Məqalədə əlavə iddialar da var…. Onu da növbəti dəfə təqdim edəcəyik… Gözünüz bizim səhifəmizdə olsun…

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir