Maraqlıdır, Çingiz Abdullayev hansı səbəbə görə ATV-nin əməkdaşın məhkəməyə verir?
Bəyəm xanım aparıcı düz demir?
Çingiz Abdullayev o yazdığı detektiv janırdakı əsərlərindənsə, nə olardı Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhramanlardan yazardı.
İndi durub gücünü,detektivliyini bir xanım aparıcını məhkəməyə verməklə göstərir.
Avropadakı insanlar ola bilsin Çingizin DETEKTİV əsərlərin oxusun, amma bundan Azərbaycan insanına nə?
bunu niyə gözümüzə tez-tez soxurlar.
rəhmətlik Həmid Arzulunun “Qaçaq Quşdan” romanın görəsən Çingiz müəllim oxuyub. O bu romanı oxumayıbsa, mən niyə və hansı səbəbə görə. içərisi mənə yad olan detiktiv əsər oxumalıyam.
Çingiz Abdullayevi oxumaqdansa. Thedor Nöldekin 1908-ci ildə yazdığı,dünya tarixin oxuyuram da.
Müəllif: Nahid Canbaxışlı
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)