Amerikalı hərbçilər Yəmən sahilində “Central Park”a hücum etmiş güman edilən quldurları yaxalayıblar.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrə istinadən bildirib.
Mənbələrin məlumatına görə, beş yaraqlı gəmini ələ keçirsə də, ekipaj üzvlərini tuta bilməyiblər. Onlar təhlükəsiz məkanda qapanmağı çatdırıblar. Silahlılar qapını qırmağa cəhd etsələr də, bu, uğursuzluqla sonuclanıb. Daha sonra şübhəlilər Yəmən sahilində qayıtmağa çalışıblar.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin heyəti xəbərdarlıq atəşləri açaraq subyektləri təqib edib, eyni zamanda onları ABŞ-nin döyüş təyyarəsi təqib edib. Yaponiyanın hərbi gəmisi “Meyson” aviadaşıyıcısına yardımçı olub. Subyektlər saxlanılıblar və hazırda quldurluqla mübarizə üzrə məsul amerikalı hərbçilər tərəfindən sorğuya çəkiliblər”, – məlumatda diqqətə çatdırılıb.
Bundan başqa, “Zodiac Maritime” şirkətinin nümayəndəsi telekanala deyib ki, həmlə zamanı nə ekipaj, nə tanker, nə də yükü zərər çəkib.
Xatırladaq ki, daha öncə Türkiyənin Dənizçilik İdarəsi göyərtəsində türkiyəli dənizçilərin də olduğu tankerlə əlaqənin kəsildiyi və qaçırıldığını güman edildiyini açıqlamışdı. “Məsələ nazirliyimiz və Xarici İşlər Nazirliyi tərəfindən izlənilir”, – idarə bildirmişdi.