İdman

Premyer Liqada son 5 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son 5 mövsümün rekordu qeydə alınıb.

“Zirvə yolu”nun Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 3-cü dəfə het-trikin reallaşması ilə baş verib.

“Qəbələ”nin futbolçusu Bilel Auaşeriya “Turan Tovuz”la ev oyununda rəqib qapısından 3 top keçirib. O, bununla komandasının 4:0 hesablı qələbəsinin memarı olub. Auaşeriyaya qədər “Qarabağ”dan Yassin Benzia, “Sabah”dan Davit Volkov het-trik müəllifi olublar.

Sonuncu dəfə çempionatda 3 het-trikə 2018/2019 mövsümündə təsadüf olunub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir matçda belə məhsuldarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə gerçəkləşib. Həmin vaxt 22 dəfə bir oyunçu üç qol vurub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir