“Muğanbank” ASC-nin qorunan əmanətçilərindən 1 849 nəfərə ötən gün ərzində 65 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirib.
Məlumata görə, bu, bank üzrə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin təqribən 32 %-ni təşkil edir. Kompensasiyaların verilməsi hazırda da uğurla davam etməkdədir.
Qeyd edək ki, Fond ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə noyabrın 27-dən etibarən başlayıb. Kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə həyata keçirilir.
Qurum əmanətçilərə bir daha xatırladır ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur. “Əmanətlərin sığoratalanması haqqında” Qanunun 28.5-ci maddəsinə əsasən kompensasiya ödənişi əmanətçilərin ərizələrinin qəbul edildiyi gündən ən geci 30 təqvim günü ərzində həyata keçirilir.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Fondun saytından əldə etmək mümkündür.