Bakıda “Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbir çərçivəsində qadın minatəmizləyənlərin 4-cü sertifikatlandırma mərasimi keçirilib.
“Zirvə yolu” xəbər verir ki, sertifikatları Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov, BMT İnkişaf Proqramının rezident əlaqələndiricisi Alessandra Roccasalvo, BAMF-nin prezidenti Umud Mirzəyev, MAG-ın Azərbaycan üzrə direktoru Joanne La Terriere təqdim ediblər.
“Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə çərçivəsində qadın minatəmizləyənlərin 4-cü sertifikatlandırma mərasimi keçiriləcək.
“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu addım təşkilatın minatəmizləmə sahəsində gender bərabərliyinə, hər iki cinsin nümayəndəsinin iştirakına verdiyi önəmi göstərir.