İdman

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyunları keçirilib. Azərbaycan Voleybol Federasiyanın məlumayına görə ilk oyun “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olub. GİN-nin Voleybol Mərkəzində təşkil olunan görüş “Murov Az Terminal”ın üstünlüyü ilə keçib. Eldar Yusubovun yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar. Ardınca meydançaya “Abşeron” və UNEC klubları çıxıb. Bu qarşılaşmada da qalib üç setdə müəyyən olunub. Rəqibini quru hesabla üstələyən “Abşeron” çempionatdakı ikinci matçında da meydançadan qalib ayrılıb. Turun daha bir qarşılaşması isə Gəncə şəhərində baş tutub. Gəncə OİK-də təşkil edilən oyunda debutant “Gəncə” komandasının qonağı son ölkə çempionu “AZERRAIL” olub. Günün iki matçında olduğu kimi yenə 3:0 hesabı qeydə alınıb. Qonaqlar hər üç setdə üstün oyun göstərərək matçın qalibi olublar. Beləliklə, “Murov Az Terminal” 6 xalla turnir cədvəlinə liderlik edir. Xalları 6 olsa da set fərqinə görə liderdən geri qalan “Abşeron” ikinci, “AZERRAIL” və “Milli Aviasiya Akademiyası” hərəyə 3 xalla üçüncü və dördüncü yerləri tutur. Xalı olmayan “Gəncə” və UNEC isə son pillələri bölüşürlər. II TUR “Murov Az Terminal” – “Milli Aviasiya Akademiyası” 3:0 (25:20, 25:16, 25:17) “Gəncə” – “AZERRAIL” 0:3 (13:25, 12:25, 20:25) “Abşeron” – UNEC 3:0 (25:15, 25:10, 25:13)

Aqşin Əsgərov: Bölgə müxbiri

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir