İdman

“Qarabağ” Norveçə bir itki ilə yollanıb

“Qarabağ” Norveçin “Molde” klubu ilə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu üçün səfərə yollanıb.

“Zirvə yolu”nun məlumatına görə, Ağdam təmsilçisi bir qədər əvvəl çarter reysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Yalnız qapıçı Amin Ramazanov zədə səbəbindən kollektivlə birgə səfər matçına yollanmır. Komanda Qurban Qurbanovun rəhbərliyi altında oyun günü son məşqini keçəcək.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir