Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirak edir.
“Zirvə yolu” xəbər verir ki, iclası giriş sözü ilə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski açıb.
12:19
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası öz işinə başlayır.
“Zirvə yolu” xəbər verir ki, görüşün qonaqlarını ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani qarşılayır.
İclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.