Samuxda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Zirvə yolu” xəbər verir ki, Samux rayonu Qarabağlar kənd sakini, 1959-cu il təvəllüdlü Süleyman Muradov idarə etdiyi “VAZ -2106” markalı avtomobillə Samux rayonunda hərəkətdə olan piyada, 1961-ci il təvəllüdlü İsmayıl Abdiyevi vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.