Rusiya Federasiyasının Ali Məhkəməsi cümə axşamı Ədliyyə Nazirliyinin beynəlxalq LGBT hərəkatının ekstremist kimi tanınması ilə bağlı iddiasını təmin edib.
“Beynəlxalq ictimai LGBT hərəkatını ekstremist təşkilat kimi tanıyın və onun Rusiya ərazisində fəaliyyətini qadağan edin”, – hakim Oleq Nefedov qərarı elan edib.
Məhkəmə iclası bağlı qapılar arxasında keçirilib.
Bildirilib ki, məhkəmə qərarı vətəndaşların şəxsi həyatın toxunulmazlığı hüququna təsir göstərmir və heç bir mənfi hüquqi nəticələrə səbəb olmayacaq. Məhdudiyyətlər LGBT təbliğatı, reklam, cəlbetmə və LGBT hərəkatında iştirak qadağasına riayət etmək zərurəti ilə bağlıdır.
Mənbə: İnterfaks