İqtisadiyyat Xəbər

“Gəncə və gəncəlilər” layihəsi çərçivəsində ilk ədəbi-bədii gecə keçirilib.

 

 

 

 

 

2 dekabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib. “Zirvə yolu”na  şəhər icra hakimiyyətindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Filarmoniyanın foyesində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, şairə həsr olunmuş kitablar, rəsm əsərləri ilə tanış olublar. “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunmuş gecədə onun həyat və yaradıcılığına həsr edilmiş teatrlaşdırılmış səhnələr, Nizaminin sözlərinə bəstələnmiş romanslar yer alıb. Ədəbi-bədii xoreoqrafik musiqili gecədə Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri, “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı çıxış ediblər. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər. İlk dəfə “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində keçirilən gecə tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Gəncə və gəncəlilər” adlı layihəyə start verir. Layihənin məqsədi Gəncənin tarixini və burada yaşamış dahi insanların həyatını təbliğ etməkdir. Layihədə Gəncənin tarixini və burada yaşamış dahilərin həyatını əks etdirən bədii və musiqili kompozisiyaların, dəyirmi masaların, konfransların təşkili və keçirilməsi nəzərdə tutulur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir