Dünya Siyasət

Azərbaycan səfirliyi Latviyada xeyriyyə tədbirində iştirak edib

Azərbaycanın Latviyadakı səfirliyi Riqa şəhərində keçirilən ənənəvi beynəlxalq xeyriyyə yarmarkasında iştirak edib.

Səfirlikdən “Zirvə yolu”na verilən məlumata görə, Riqa Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan tədbirdə Latviyada akkreditə olunan diplomatik nümayəndəliklər, eləcə də yerli qurumlar təmsil olunub.

Xeyriyyə yarmarkasındakı Azərbaycan stendində ölkənin mədəniyyətini və tarixini əks etdirən suvenirlər, milli geyimlər nümayiş etdirilib, Azərbaycana aid müxtəlif nəşrlər sərgilənib və paylanılıb. Eyni zamanda Azərbaycan istehsalı olan məhsullar, milli mətbəxin ləziz təamları və UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilən Azərbaycanın kəlağayı sənətinin rəngarəng nümunələri təqdim olunub.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin hazırladığı Azərbaycan təbiəti, mədəniyyəti və turizminə dair video çarx nümayiş etdirilib.

Latviyanın sabiq Prezidenti Raymonds Veyonis və digər qonaqlar Azərbaycan stendini ziyarət ediblər. Azərbaycanın stendi yarmarkada ən çox ziyarət edilən və marağa səbəb olan stendlərdən biri olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir