İqtisadiyyat

“Azərbaycan Sənaye Korporasiyası”nın iki şirkətinin nizamnamə kapitalı artırılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəripək” MMC-nin nizamnamə kapitalı 156 900 manat və yaxud 1,4 % artırılıb.

“Zirvə yolu” xəbər verir ki, şirkətin kapitalı 11 546 479 manatdan 11 703 379 manata çatdırılıb.

Bundan başqa, ASK-ya məxsus “Şəki SES” MMC-nin nizamnamə kapitalı 1 786 380 manat və yaxud 3,6 dəfə artırılaraq 667 520 manatdan 2 453 900 manata çatdırılıb.

Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.

Xatırladaq ki, “Şəki SES” MMC 2019-cu ildə yaradılıb. Şirkət vahid enerji sisteminə qoşularaq Şəki şəhərinin bir hissəsinin elektrik enerjisinə və suya olan tələbatını ödəyir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir