Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
“Zirvə yolu” xəbər verir ki, sonuncu matçda “Qarabağ” “Qəbələ”ni qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axundzadə, 90+2-ci dəqiqədə isə Juninyo Olavio vurub.
Xallarının sayını 32-yə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Qırmızı-qaralar” isə 11 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Zirə”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.