Cəmiyyət

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR… – İLGİNC FAKTLAR

Azərbaycanda bir çox dövlət qurumları tərəfindən keçirilmiş açıq tenderlərin qalib olan müxtəli adlara malik şirkətlər barədə çox yazılıb. Bu şirkətlərin böyük əksəriyyətinin adlarından başqa demək olar, heç nəyi yoxdu. Demək olar əksəriyyətinin dövlət qeydiyyatında göstərdikləri ünvan belə səhvdi. Belə şirkətlərin maddi texniki bazası, işçi qüvvəsi, etibarlılığı barədə ümumiyyətlə söhbət açmağa dəyməz. Belə şirkətlər daha çox dövlət büdcəsindən müxtəlif adlar altında vəsaitlərin çıxarılması, təyinatından kənarlaşdırılması, nağdlaşdırılması məqsədi ilə yaradılır. Bir müddət sonra külli miqdarda vergi borcu ilə arxivlərə qoyulur. Belə təkzib olunmamış faktlara elektron mediada kifayət qədər rast gəlmək mümkündür.

Son günlər dövlət satınalmalarının vahid internet portalını zəbt etmiş belə şirkətlərin biri də “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti. Bu şirkətin adı demək olar ki, bütün növ satıanlamalarda keçir. Açıq mənbələr üzərində isə şirkətin fəaliyyət sferası barədə ümumiyyətlə məlumat yoxdu.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Cəmi iki il əvvəl yaradılmasına baxmayaraq “PROQRESS İNŞAAT EN” MMC 2023-cü ilin ancaq oktyabr – noyabr aylarında müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı lotlar üzrə keçirilmiş 36 satınalma prosedurunun qalibi seçilib.

MMC Abşeron rayon İcra Hakimiyyəti ilə Saray qəsəbəsi Səttar Bəhlulzadə və Çingiz Qurbanov küçələrində yolun əsaslı təmiri işlərinin satın alınması üzrə 33.775,55, Hökməli qəsəbəsndə Məhəmməd Füzuli və Mircəmil Miriyev küçələrində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə 148.564,36, Aşağı Güzdək qəsəbəsi Tələt Məmmədov küçəsində yolun əsaslı təmiri işlərinin satın alınması üzrə 23.589,49, Ceyranbatan qəsəbəsi Atatürk adına olan parkın əsaslı təmiri işlərinin satın alınması üzrə 339.359,15, 8 Noyabr Tədbirinin satın alınması 212.057,8, Ceyranbatan qəsəbəsində Nəriman Nərimanov küçəsinin cari təmiri işlərinin satın alınması üzrə 195.564, manat məbləğində satınalma müqavilələri bağlayıb.

Biləsuvar rayon İcra Hakimiyyəti isə MMC ilə Biləsuvar şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin (büdcədənkənar vəsait hesabına) satın alınması üzrə 211.901, Biləsuvar rayon Mərkəzi Parkında uşaq-əyləncə meydançasının abadlaşdırılması işlərinin satınalınması üzrə 124.495,64, Biləsuvar şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin(büdcə vəsaiti hesabına)satınalınması üzrə 505.093,6, Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatına əkin materiallarının satın alınması üzrə 61.034,32, Biləsuvar şəhərinin 8 Mart küçəsində işıqlandırma sisteminin cari təmiri işlərinin satın alınması üzrə 13.486,71, Biləsuvar rayon Mərkəzi Parkında uşaq-əyləncə meydançasının abadlaşdırılmasının davamı işlərinin satın alınması üzrə 38.096,1 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Bunlardan başqa MMC ilə Sumqayıt şəhər İcra Hakimiyyəti arasında 189.944,9 manat, Sumqayıt şəhər İcra Hakimiyyəti Corat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə 58.726,24 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

İsmayıllı rayon İcra Hakimiyyəti ilə 415.090,03 manat, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 19.643,22 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 7.911,72 manat, İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə 18.099,9 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Şirvan şəhər İcra Hakimiyyəti ilə 33.471,17, Lənkəran şəhər İcra Hakimiyyəti ilə 53.800,6, Qubadlı rayon İcra Hakimiyyəti ilə 156.203,68, Tovuz rayon İcra Hakimiyyəti ilə 41.019,4 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Lerik rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 9.705,45 manat, Şəmkir rayon İcra Hakimiyyəti başçısının Dəllər qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə 53.249,73 manat, Qax rayon İcra Hakimiyyəti başçısının Qax şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 82.571,44 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 230.146,02 manat, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Göytəpə şəhər Ərazisi üzrə Nümayəndəliyi ilə 37.331,63 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə Şamaxı rayonu, Çarhan kənd sakinlərinə fərdi yaşayış evlərində bərpa işləri üzrə 133.340 manat, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə 33.586,3 manat, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 22 saylı Regional Xəzinədarlıq İdarəsi ilə 31.279,44 manat, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu ilə 39.643,87 manat, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi ilə 14.001,24 manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkı ilə 55.788,04 manat, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizən Şöbəsi ilə 48.538,7 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə 475.658 manat, Azərbaycan Dövlət Pedoqoji Kolleci ilə 32.786,66 manat, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci ilə 34.692,35 manat məbləğində satınalma müqavilələri bağlanılıb.

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 253.213,45 manat məbləğində bir müqavilə, 523.613,67 manat məbləgində isə ikinci satınalma müqavilələri bağlanılıb.

“Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi ilə 28.639,78 manat, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi ilə 39.441,51 manat, “K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” Publik Hüquqi Şəxsi ilə 192.426,62 manat satınalma müqavilələri bağlanılıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi “PROQRESS İNŞAAT EN” MMC 2023-cü ilin yalnız oktyabr – noyabr aylarında rayon icra hakimiyyəti strukturlarının, elm və təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat nazirliklərinə tabeli qurumların keçirdikləri onlarla açıq tender və kotirovka sorğularının qalibi elan edilib. MMC respublikanın dörd bir yanında dövlət sifarişlərini yerinə yetirmək üçün təxmini hesablamalarımıza görə 4 975 676 manat vəsait alıb.

Amma gəlin görək “PROQRESS İNŞAAT EN” MMC -nin eyni zamanda Şəmkir, Tovuzdan tutmuş Bakıya qədər, Qusardan tutmuş Lənkəran, Lerikə qədər, İmişli və İsmayıllı rayonları da daxil ayrı-ayrı bölgələrdə dövlət sifarişlərini yerinə yetrmək iqtidarındadımı?

Açıq internet resursları üzərində apardığımız araşdırma zamanı “PROQRESS İNŞAAT EN” MMC -nin fəaliyyət sferası ilə bağlı heç bir məlumata rast gəlmədik. İki ay ərzində 5 milyon manat civarında dövlət sifarişləri udan MMC-nin heç veb-səhifəsi belə yoxdu. Qısa bir zamanda ayrı-ayrı rayonlarda dövlət sifarişləri qazanan MMC-nin maddi texniki bazası barədə axtarışlarımız da nəticə vermədi. MMC-nin nə qədər işçisi olması, ayrı-ayrı məsafədə olan rayonlarda böyük həcmli tikinti işlərinin həyata keçirilməsi üçün işçi qüvvəsinin, təcrübəli mütəxəssislərin, texniki vasitələrinin olub, olmaması, etibarlığının olması sual altındadır.

Maraqlı orasıdır ki, MMC eyni zamanda bir neçə rayonda yolların əsaslı təmiri işləri, bir yerdə əkin materiallarınin satın alınması, bir neçə rayonda eyni zamanda abadlıq işləri, tikili və avadanlıqların cari təmir işləri, 8 Noyabr Tədbirinin keçirilməsi, avtomobil ehiyyat hissəsinin satın alınması, binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması, işıqlandırma sisteminin cari təmiri işlərinin satınalmaları üzrə açıq tender və kotirovka sorğularının qalibi olub. Bu tip müxətəlif yönlü işləri görmək üçün şirkətin xüsusi uyğunluq sertifikatı olmalıdır. Amma açıq mənbələrdə “PROQRESS İNŞAAT EN” MMC-nin belə sertifikatlara malik olması ilə bağlı hər hansı məlumat yoxdur.

Bunlarla yanaşı əgər MMC -nin sadaladığımız işləri həyata keçirmək üçün əmək müqaviləsi ilə çalışan böyük işçi qüvvəsi, mühəndis heyəti olmalıdır. Təbii ki, bunların da heç biri yoxdur. MMC qalibi olduğu dövlət sifarişlərini əmək müqaviləsi bağladığı işçiləri ilə deyil, yerlərdə günəmuzd çalışan fəhlələrin hesabına gördürür. Ayda 600-700 manat əmək haqqı cədvəli tərtib edib, əslində isə gönə 10-15 manat ödəməklə.

Bunlardan xarıc MMC-nin bir çox şübhəli tenderlərin qalibi olması barədə, MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlunun barəsində kifayət qədər geniş məlumatlar çıxdı. Təkzib olunmamaış məlumatlarda Şirinov Eldar Bəhlul oğlunun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir. MMC-nin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon Mənzil-Kommunal Təsərrüfatı İdarələrinin ictimaiyyətə açıqlanmadan keçirdikləri çoxsaylı tenderlərin qalibi olması da istisna deyil.

Amma MMC-nin arxasında kimlərin durmasından asılı olmayaraq burada ancaq bir suala cavab tapmaq lazımdı. MMC iki ay ərzində udduğu tenderləri ölkənin ayrı-ayrı rayonlarında eyni zamanda, hansı yollarla həyata keçirəcək?

Mənbə: Aktualinfo.org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir