“Mən çox təəccübləndim ki, onlar bu görüşü mənsiz təşkil etdilər. Sanki mən özüm öz toyumda iştirak etmədən bunlar məni evləndirdilər”.
“Unikal” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı Qranada görüşünə getməməsinin səbəblərini açıqlayarkən səsləndirib.
“Bunu necə etmək olar? Qətnaməni necə qəbul edə bilərlər ki, mən özüm orada olmayım?”, – deyə dövlət başçısı bildirib.