İqtisadiyyat

Azərbaycana noyabrda turist axını 25 % artıb

Bu ilin noyabr ayında Azərbaycana 170 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 % çoxdur.

“Zirvə yolu” xəbər verir ki, bunu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan Turizm Sammiti 2023″də tədbirində Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Tədqiqat və inkişaf departamentinin rəhbəri Nicat Abbaslı bildirib.

“11 ay ərzində isə turist axını 1 il əvvələ nisbətən 30 % artıb. Doğrudur, pandemiyadan əvvəlki dövrlə müqayisədə 35 % azalma var. Amma azalmanın əsas səbəbi Gürcüstan və Rusiya ilə sərhədlərin bağlı olmasıdır. Amma 11 ayda ümumi turist xərcləmələri 2019-cu illə müqayisədə 6 %, 2022-ci illə müqayisədə 60 % artıb. Yəni turist xərcləmələrində canlanma var”, – deyə o qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir