Dünya

Britaniya təhdid etdi: “Bizdən xəbərsiz Ərdoğanla…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şotlandiya Baş naziri Həmzə Yusif arasında keçirilən görüş Britaniyada müzakirə mövzusuna çevrilib.
Görüş Dubayda (BƏƏ) keçirilən Ümumdünya İqlim Fəaliyyəti sammiti (COP28) zamanı baş tutub.
Britaniya xarici işlər naziri Devid Kemeron krallıq rəsmilərinin görüşdə iştirak etmədiyini əsas gətirərək Yusifi təhdid edib. O, Ərdoğanla görüşə görə Britaniya Xarici İşlər Nazirliyinin Şotlandiyaya verdiyi dəstəyi geri götürə biləcəyini söyləyib.
Şotlandiya hökumətinə məktub göndərən Kemeron Baş nazir Həmzə Yusifin Türkiyə lideri ilə Qəzza və digər məsələləri müzakirə etməsinin “protokol pozuntusu” olduğunu bildirib.
Kemeron belə pozuntulara qarşı daha sərt yanaşacağı barədə xəbərdarlıq edib.
Məktubda vurğulanır ki, Şotlandiya hökuməti Britaniya Xarici İşlər Nazirliyini Ərdoğanla görüşlə bağlı əvvəlcədən xəbərdar edəcəyinə dair təminat verib, amma bu baş verməyib.
Şotlandiya hökumətinin sözçüsü ən azı bir britaniyalı rəsminin görüşdən xəbərdar olduğunu və dəvət edildiyini deyib:
“COP28 kimi hadisələrin təbiətinə görə vaxtlar son anda dəyişə bilər. Türkiyə prezidentinin görüşə hazır olduğu vaxt Xarici İşlər Nazirliyinin nümayəndəsi başqa yerdə olub”.
Britaniyanın keçmiş xarici işlər naziri Ceyms Kleverli Yusif yayda krallıq rəsmilərinin iştirakı olmadan İslandiya Baş naziri Katrin Yakobsdottirlə görüşəndə də oxşar xəbərdarlıq etmişdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir