“Mən deyəndə ki, Azərbaycanda pediatriya sahəsində vəziyyət pisdir, inanmırsız. Qohum uşağı öskürəkdən ağır vəziyyətdə aparıblar Yeni Klinikaya, təcili yardıma yaxınlaşıblar, 9-a 15 dəqiqə qalmış. Bildirilib ki, 9-da pediatriya şöbəsi bağlanır, qəbul etməyiblər. Niyə? Uşaqlar adam deyillər??? Onlara gecə vaxtı təcili yardım lazım ola bilməz? Ya olsa da, canları cəhənnəmə??? Burda qətiyyən Yeni Klinikanı günahlandırmıram, məsələ qoyulan əcaib qaydadadır!!!” Qeyd edək ki, bunu öz paylaşımında jurnalist Həbibə Abdulla qeyd edib.
Bunun ardından isə problemin ümumi səhiyyə sistemində olmasına işarə edən jurnalist əlavə mövqe də ifadə edib:
“Bayaq yazmışdım körpə uşaqda (6 aylıq) öskürəklə Yeni Klinikanın təcili yardım şöbəsinə müraciət edilib, pediatriya şöbəsinin vaxtı bitdiyi üçün qəbul edilməyib. Növbəti üz tutduqları xəstəxana A.F. Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası oldu. Orda da gözünə döndüyüm həkim uşaqda heç bir müayinə aparmadan dərman və inqalyasiya yazıb. Özü də deyiblər ki, burda inqalyasiya aparatı yoxdur, bizim etməyimizi istəyirsinizsə gedin özünüz alın gətirin. Bəlkə mən düz bilmirəm, bu şərait xəstəxananın özündə olmalı deyilmi? Tənqid edəndə dostlar inciyirlər. Nə vaxta qədər tapşırıqla olacaq bu işlər? Tapşırığa əli çatmayan, ürəyi istəməyən, nəfsi qəbul etməyən adamların axırı noolacaq? Öskürəyi tutanda nəfəsi kəsilən körpə uşağı müayinə etmədən bir dərman, bir prosedur yazıb evə göndərmək nə deməkdir? Ümumiyyətlə, uşaqlara qarşı bu münasibətin kökündə nə dayanır bizim səhiyyədə???”
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…