İngiltərə Premyer Liqasının 17-ci turunun “Bornmut” – “Luton Taun” matçı ləğv edilib.
Görüşün 59-cu dəqiqəsində qonaqların müdafiəçisi və kapitanı Tom Lokyerin huşunu itirib.
Həkimlər dərhal onun köməyinə gəliblər və daha sonra futbolçu xərəkdə meydandan çıxarılıb.
Bundan sonra matç ləğv edilib. Qarşılaşma dayandırılan vaxtda hesab 1:1 olub.