Cəmiyyət

“Şərurlu İsfəndiyar”ın oğlu Dövlət Xidmətinə qarşı – Nədən narazıdır?

Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlu Allahverdi Axundovla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron rayon Ərazi İdarəsi arasında qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, İdarə Allahverdi Axundovu İnzibati Xətalar Məcəlləsinin 247.1-ci (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsi ilə cərimələyib.

Bu maddədə fiziki şəxslərin 300 manat, vəzifəli şəxslərin 300 manat, hüquqi şəxslərin isə 3000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. İdarənin Allahverdi Axundovu hansı qismdə və hansı məbləğdə cərimələdiyi məlum deyil.

Məlum olan odur ki, iş adamının oğlu qərarla razılaşmayaraq, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Hafiz Kamranov iş üzrə hakim təyin edilib.

İsfəndiyar Axundov Azərbaycanın tikinti sektorunda tanınan isimlərdəndir. Onun sahibi olduğu “Şərur” Mənzil-Tikinti Kooperativi (MTK) Bakıda yüzlərlər yaşayış binası inşa edib.

İsfəndiyar Axundov həm də qalmaqallı iş adamı kimi tanınır. Sonuncu dəfə iş adamı 5 milyonluq borc qalmaqalı ilə gündəmə gəlmişdi. Söhbət “Zaminbank”dan götürülmüş kreditdən gedir. Bu məsələdə İsfəndiyar Axundov bankın rəhbərliyi tərəfindən aldadıldığını iddia edirdi.

Allahverdi Axundova gəlincə, o, bir neçə il əvvəl dəyəri 650 minlik “Lamborghini Gallardo” avtomobili ilə gündəmə gəlmişdi. Həmin vaxt İsfəndiyar Axundov oğlunun belə maşının olmadığını bildirsə də, media israrla avtomobilin Allahverdi Axundova yazırdı. Bu iddia Allahverdi Axundovun sosial şəbəkələrdə “My new car, lambo#aventador” qeydi ilə həmin avtomobillə fotosunu paylaşması ilə əsaslandırılırdı.

Qlobal.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir