Cəmiyyət

Bakı restoranlarında Yeni il TƏKLİFLƏRİ: Qiymətlər yenə “ceyran belində”dir – SİYAHI

31 dekabr ölkəmizdə Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Azərbaycanda əksər ailələr bu əlamətdar gündə öz büdcələrinə uyğun olaraq açdıqları bayram süfrəsi ətrafında yeni ili qarşılamağa üstünlük verir.

Maddi imkanı nisbətən yüksək olanlar isə bayramı ya ölkə xaricində, ya da müxtəlif restoranlarda qeyd etməyi planlaşdırırlar. Bakının çoxsaylı restoranları isə müştəri cəlb etmək üçün artıq indidən bir-biri ilə bəhsə girərək müxtəlif kampaniyalar təklif edirlər.

Yenicag.az-ın əməkdaşı Bakıdakı bəzi prestijli restoranların bayram qiymətlərini və təkliflərini araşdırıb.

“Gilavar” restoranından bildirilib ki, onlarda bayram günü təşkil olunacaq şou-proqramda iştirak bir nəfər üçün minimum 130 manatdır.

“Oasiz” restoranında bayramı qeyd etmək üçün adambaşına 150 manat pul xərcləmək lazım gələcək.

“Monte Karlo” restoranında paytaxt sakinləri və şəhərimizin qonaqları üçün dekabrın 31-də təşkil olunacaq bayram şənliyində iştirak etmək istəyənlər 99 manat xərcləməli olacaqlar.

“Esnaf Baku”da yeni il əyləncəsinə qatılmağın qiyməti bir nəfər üçün 300 manat həddində müəyyən edilib. Bu qiymətə canlı musiqi, müxtəlif çeşidli yeməklər daxildir.

“Neolit” restoranında isə bayram şənliyinin qiymətləri 250-300 manat arasında dəyişir. Gecədə məşhur müğənnilərin çıxışı nəzərdə tutulub.

“Niaqara” restoranında isə bir nəfərin istirahət xərci 200 manat təşkil edəcək. Gecədə məşhur müğənnilər qonaqları əyləndirəcəklər.

“Niyam Salami” restoranında bayram əyləncəsinə qatılmaq bir nəfər üçün 250 manata başa gələcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir