Cəmiyyət

“YELO BANK” 1 AYDIR MÜŞTƏRİNİN LƏĞV OLUNAN SİFARİŞİNİN PULUNU VERMİR – ŞİKAYƏT

“Trendyol”dan alış-veriş edənlərin başı banklarla dərddədir. Ləğv olunan sifarişlərin pulu Türkiyədən geri göndərilsə də, banklar müştərilərə həmin pulu çatdıra bilmir. “Yelo Bank” müştərisinin də şikayəti bununla bağlıdır.
Tribunainfo.az xəbər verir ki, “Yelo Bank” sifarişi ləğv edilən Aytən Məmmədovanın pulunu 1 aydan çoxdur vermir. Bu barədə o özü yazıb:
“Şikayətim “Yelo Bank”dandır. Bu operatorları orda niyə oturdururlar mən bilmirəm?. Noyabrın 12-si Trendyoldan alış-veriş olub. Həmin gün də sifariş ləğv olunub. Trendyol yazdı ki, pul hesabınıza qaytarıldı. 1 ay 8 gündür ki, bu “Yelo Bank” o məbləğin hara getdiyin tapa bilmir. Nə qəliz işdi ki, bu? Mən özlərinə də bildirdim ki, hesaba 30 azn pul qayıdacaqsa, 15azn-lik kontur gedib, üstəgəldə əsəb, stress”.

Mənbə: Tribunainfo.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir