Cəmiyyət

“Xalq Sığorta”nın xərci borcunu ödəmir, biznes itkiləri 18 milyonu ötüb – BU DA FAKT!!!

 

2023-cü ilin yanvar-noyabr ayında “Xalq Sığorta” şirkətinin topladığı sığorta haqları 20,07 milyon manat təşkil edib.

Valyuta.az-ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 47,3% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 18,03 milyon manat olub. 2022-ci ilin yanvar-noyabr aylarında “Xalq Sığorta” 38,1 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların kəskin azalması ilə yanaşı, “Xalq Sığorta”nın sığorta ödənişləri sözügedən dövrdə 13,7% və ya 3,3 milyon manat azalaraq 20,9 milyon manat təşkil edib. 2022-ci ilin ilk on bir ayında bu rəqəm 24,3 milyon manata bərabər olmuşdu.

Ümumilikdə, sığorta şirkətinin ödənişləri yığımlarını 874 min manat üstələyib. Bu isə onun zərərliliyini (ödəniş-yığım nisbəti) kəskin artıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında “Xalq Sığorta” topladığı hər 100 manatdan 64,8 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 104,4 manat təşkil edib.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir