Cəmiyyət

Qəsəbə sakinləri narazılıq edirlər, amma… – Rəsmilərsə deyir ki…

Gəncə şəhəri Cavad xan qəsəbəsi sakinləri dövlət qurumlarının qayğısızlığından şikayətlənirlər. Sakinlərin bildirdiklərinə görə, infrastruktur bərbad vəziyyətdədi. Müraciətləri isə hər dəfə cavabsız qalır.

Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Cavadxan qəsəbəsində işlər tam yekunlaşmayıb. İçməli su və çirkab su xətlərinin növbəti ilin sonunadək tam yenilənməsi planlaşdırılır. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşdıqdan sonra isə ərazidə mərhələli şəkildə asfalt işlərinin görülməsi həyata keçiriləcəkdir.

Meydan TV

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir