Dünən Bakı şəhəri Xətai rayonu 202 saylı körpələr evi ilə bağlı qalmaqal yarada biləck iddiaları təqdim etdik. Qeyd edək ki, iddiaların müəllifi 202 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi müəlliməsi Alıyeva Ruhəngiz Abduləli qızıdır. Onun nədən çalışdığı bağçadakı özbaşınlıqları ifşa etməyinə gəlincə isə bu barədə növbəti yazımızda məlumat verəcəyik.
İndi isə keçək Ruhəngiz xanımın yeni iddialarına… O yazır:
ƏVVƏLKİ İDDİA BURADA: 202 saylı körpələr evində `ÖLÜ CANLAR`… – İTTİHAM VAR...
“Özbaşınalıqlardan biri də dövlət vəsaitinin mənimsənilməsi faktıdır. Belə ki, uşaqların gündəlik sayının artıq yazılması nəticəsində dövlət tərəfindən göndərilən ərzağın mənimsənilməsi halı baş verir. Bundan əlavə, dövlətimiz uşaqlara ayrılan paltar və yataq dəstlərinin yuyulması üçün hər bir şərait yaratdığı halda paltarlar yuyulmaq üçün evlərə göndərilir. Halbuki bu vəzifəni icra etmək üçün ayrıca ştat, paltaryuyan maşın, hər dəfə dövlət tərəfindən göndərilən yuyucu vasitələr var.
Müdir bağça daxilində qeyri-qanuni işlərlə də məşğuldur.Beləki, Heydərova Kəmalə texniki işçi olduğu halda illərdir tərbiyəçi vəzifəsində işləyir. Simuzər öz gəlini üçün də bağça daxilində biznes yaratmışdır. Beləki, bağçada uşaqlara rus dili öyrətmək adı altında valideynlərdən əlavə pullar alır. Bağçanı kursa çevirmişdir. Müdir bütün bu qanunsuzluqların ortaya çıxmamağı üçün əvvəllər həmin bağçada tərbiyəçi vəzifəsində işləyən,ixtisası metodist vəzifəsinə uyğun olan Gülzar Ağamalıyevanı bağçaya metodist vəzifəsinə təyin etmişdir. Lakin metodist vəzifəsini isə müdirin əlaltısı olan Mahirə xanım yerinə yetirir.Çünki bağçanın müdiri kənardan başqa metodistin gəlməyini istəmir.Ona görə də Gülzar xanımın adını metodist yazdırıb ki,bu özbaşınalıqlar ortaya çıxmasın..Bağçalar Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərdiyi müddətdən etibarən yoxlama gəldikdə müdir Gülzar xanımı həmin günü işdən yayındırır. Müdir əlaltısı olan Mahirə xanımın vəzifəsi tərbiyəçi getsə də, heç vaxt vəzifəsini yerinə yetirməyib. Gülzar xanımın zəifliyindən istifadə edərək illərlə qeyri-qanuni olaraq müdirin başçılığı altında metodist vəzifəsini icra edir. Hətta, müdir Mahirə xanım üçün xüsusi otaq belə ayırmışdır. Yəqinki onda ikili mühasibatlıq sənədi vardır.Bundan əlavə bağçaya ayrılmış əsas vəsaitlərin hərəkətinin da yoxlanılmasını xahiş edirəm. Ona görə ki, bu yay həyətdəki gülləri ağacları sulamaq üçün ayrılan rezin borular dövlət tərəfindən toplarla yeni göndərildiyi halda heç birini üzə çıxarmadılar. Həyətə su vermək üçün dövlət tərəfindən xüsusi ayrılmış motor quraşdırılmadı. Nəticədə gül çiçəklər hamısı susuzluqdan yandı. Yəqinki müdirin motorun quraşdırılmasında heç marağı da yoxdur”.
DAVAMI VAR…
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…