Dünya

Sarkisyan və Abramyan Azərbaycandan qisas almaq haqda DANIŞIBLAR

 

Ermənistan parlamentinin müxalifətdən olan deputatı, “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan revanşist açıqlama ilə çıxış edərək, Azərbaycandan qisas almaq haqda danışıb.

Eks-prezident Serj Sarkisyanın Respublika Partiyasında təmsil olunan Tiqran Abramyanın sözlərinə görə, Azərbaycandan qisas almaq ilk növbədə Ermənistanda hakimiyyətin ən yüksək eşelonunda olan şəxslərin vəzifədən dərhal kənarlaşdırılması deməkdir

“Azərbaycan anlayır ki, Ermənistanda hazırkı reallıqlarla (Qarabağın itirilməsi-red.) sadəcə barışa bilməyən qüvvələr var və bunu özləri üçün təhlükə kimi görürlər”, – Tiqran Abramyan revanşistləri nəzərdə tutaraq deyib.

Abramyanın fikrincə, Ermənistanın hazırkı iqtidarı da “qisas” sözündə hakimiyyətdən məhrum edilmə ehtimalını görür, buna görə də onun səsləndirilməsinə qarşıdır.

“Azərbaycandan qisas almaq, ilk növbədə, Ermənistanda hakimiyyətin ən yüksək eşelonunda Azərbaycanın ideoloji baxımdan həmfikir adamları olan şəxslərin dərhal kənarlaşdırılması deməkdir, çünki Bakı ilə “hesablaşmaq” yalnız bundan sonra mümkündür”.

T.Abramyan deyib ki, Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan da bir gün əvvəl bu mövzuya toxunaraq, belə bir istəyin indiki şəraitdə nəinki normal, həm də təbii olduğuna işarə edib.

“Bakı hər şeyi edə bilər, biz isə heç nə? Onda belə həyat kimə lazımdır? Serj Sarkisyan da qeyd edib ki, xalqı layiqli həyatın əsas axınına qaytarmaq ideyası, əslində, həm də qisas ideyası ilə səsləşir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir