Siyasət

Güləddin Dadaşov 3 ildir niyə sədr ola bilmir? – FOTO

3 ildir boş qalan qalan “Azərkontrakt” ASC sədri vəzifəsi uğrunda gedən gizli savaş davam edir.
AzFakt.com-a daxil olan məlumata görə 2020-ci ildən “Azərkontrakt” ASC sədri vəzifəsini müvəqqəti əvəz edən Güləddin Dadaşovun sədr olmaq arzusu müxtəlif səbəblərdən reallaşmır. Bildirilir ki, uzun müddətdir “Azərkontrakt” ASC sədri uğrunda gizli savaş başlayıb. Məhz bu savaşın böyüməsi “Azərkontrakt” ASC sədri olacağı arzusu ilə yaşayan Güləddin Dadaşovun planlarını pozur.

Aldığımız məlumata görə “Azəriqaz” rəhbərliyində təmsil olunan şəxslərdən biri “Azərkontrakt” ASC sədri postuna təyin olunmaq istəyir. “Azəriqaz” rəhbərliyindəki şəxsin “Azərkontrakt” ASC sədri postuna göz dikməsi 3 ildir sədr əvəzi vəzifəsini icra edən Güləddin Dadaşovun istəyinin reallaşmamsının səbəblərindən biri kimi göstərilir.

Xatırladaq ki, “Azərkontrakt” ASC sədri vəzifəsini müvəqqəti icra edən Güləddin Dadaşovun adı bir neçə il öncə ölkə mətbuatında korrupsiya qalmaqalında keçirdi.
Qeyd edək ki, “Azərkontrakt” ASC 1997-ci Ticarət və Material Ehtiyatları nazirliklərinin bazasında yaradılıb.
“Azərkontrakt” ASC tam təsərrüfat hesablı dövlət təşkilatıdır.

AzFakt.com

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir