Year: 2023

Zaxarova: “Lavrov Azərbaycana səfər etməyi planlaşdırır”

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri üzərində iş gedir”. “Zirvə yolu”nun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. “Təfərrüatları səfər razılaşdırıldıqdan sonra açıqlayacağıq”, – o bildirib.

Azərbaycanın hərbi həkimləri Türkiyədə 61 cərrahi əməliyyat keçirib, 419 nəfərə yardım göstərib

Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərməyə davam edir. “Zirvə yolu” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri…

Mikayıl Cabbarov: “Güzəştli kreditlərin 69,7 %-i regionların payına düşür”

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində verilmiş güzəştli kreditlərin 69,7 %-i regionların payına düşür. “Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb. O qeyd edib ki, regionlarda bizneslərin dayanıqlılığının artırılması…