Year: 2023

O da formasını sataraq zəlzələ qurbanlarına yardım etdi

Türkiyənin “Qalatasaray” klubunun keçmiş ulduzlarından Cevad Prekazi sarı-qırmızılı formasını sataraq gəlirini zəlzələ qurbanlarına yardım edib. Prekazi bu haqda sosial media hesabından yazıb. O, hərraca çıxardığı imzalı formasını ən yüksək təklif olan 210 min lirəyə (təxminən 19 000 manat) satıb.

Batumi sahillərində güclü PARTLAYIŞ

Gürcüstanın Batumi bölgəsində dəniz sahilində dəniz minası olduğu ehtimal edilən qurğu partlayıb. Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb. Hadisə qurudan təxminən 25 metr aralıda baş verib, partlayış səsi ətrafda eşidilib. İlkin məlumata görə, hadisə nəticəsində tələfat və dağıntı olmayıb.

Türkiyə səfirliyi Bakıya gətirilən uşaqlarla bağlı açıqlama YAYDI

Türkiyənin ölkəmizdəki səfirliyi zəlzələ bölgəsindən müalicə üçün Azərbaycana gətirilən uşaqlarla bağlı açıqlama yayıb. Səfirlikdən  bildirilib ki, həmin uşaqlar Azərbaycan vətəndaşlarının övladlarıdır. “Ölkəmizdəki zəlzələ bölgələrindən 10 uşağın Azərbaycana gətirilməsi ilə bağlı bəzi mətbuat orqanlarında xəbərlər dərc olunub. Qeyd edilən xəbərlərdə tam…