Year: 2023

Sabirabadda hamamda qadın meyiti aşkarlandı

Sabirabad şəhəri, Vidadi küçəsi 89 ünvanında hamamda qadın meyiti aşkarlanıb. “Report”un məlumatına görə, meyit 1974-cü il təvəllüdlü Rəhimova Şəlalə Zakir qızına məxsusdur. Ş.Rəhimovanın dəm qazından boğulduğu güman edilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Fransada beynəlxalq festivalda təmsil olunacaq

Azərbaycan Fransada beynəlxalq festivalda təmsil olunacaq.  “Dünya ətrafında” adlanan festival 24-27 yanvar tarixlərində Fransanın Lil şəhərində baş tutacaq. Festivalda Azərbaycanı tanınmış caz ustası Etibar Əsədli təmsil edəcək. Tədbir zamanı filmlər də nümayiş olunacaq, görüş və debatlar təşkil olunacaq.

Aqil Əliyevin oğlunu məhkəməyə verdilər – DETALLAR

“Riyad-Renta” MMC və onun qanuni təmsilçisi Əliyev İlqar Aqil oğluna qarşı məhkəmə iddiası qaldırılıb. Zirveyolu.info yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iddiası Şahbazov Şahbaz Qara oğlu tərəfindən irəli sürülüb. Şahbaz Şahbazov eyni zamanda İlqar Əliyevin oğlu Riyad Əliyev, Məmmədov İlham…