Qəzzada ölən və yaralanan fələstinlilərin sayı açıqlandı
İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 10 400 nəfəri keçib. Bu barədə Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayılıb. Məlumata görə, hazırda münaqişə nəticəsində 10 468 nəfər ölüb, 27 mindən çox insan yaralanıb. Mənbə: TASS
Türkiyə Prezidenti Özbəkistana gedir
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçiriləcək 16-cı Zirvə Toplantısında iştirak etmək üçün 8-9 noyabr 2023-cü il tarixlərində Özbəkistana səfər edəcək. Noyabrın 9-da keçiriləcək sammitin iclasında çıxış edəcək Ərdoğan, toplantı çərçivəsində iştirakçı liderlərlə də ikitərəfli görüşlər…
“Azdrama”dan 10-a yaxın işçi teatrdan qovuldu: “Deyirlər ki, qocalmısınız, daha bəsdir…”
Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə bir qrup əməkdaşı teatrdan uzaqlaşdırıb. Bunu Qaynarinfo-ya açıqlamasında teatrşünas Çingiz Ələsgərov deyib. Onun sözlərinə görə, əməkdaşların işdən uzaqlaşdırılması Mədəniyyət Nazirliyinin teatra göndərdiyi məktub əsasında həyata keçirilib: “Bizi yaşla əlaqədar teatrdan qovublar. Deyirlər…



