Bakıda 46 yaşlı kişini avtomobil vurub
Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Zirvə yolu”nun məlumatına görə, avtomobil yolu keçən 1977-ci il təvəllüdlü Həsənov Ramil İman oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
İEA: 2030-cu ilə qədər bütün yanacaq növlərinə tələbat azalacaq
Çin iqtisadiyyatının inkişafındakı ləngimə enerji bazarlarına əhəmiyyətli təsir göstərəcək, bütün növ qalıq yanacaqlara tələbat pik həddə çatacaq, sonra isə azalmağa başlayacaq. “Zirvə yolu” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 2030-cu ilə qədər proqnozunda deyilir. Agentlik…
İraqdakı ABŞ hərbi bazası raket atəşinə tutulub
İraqın qərbindəki Ənbar əyalətində ABŞ-nin Ayn əl-Əsəd hərbi bazasına raket zərbəsi endirilib. “Zirvə yolu”nun məlumatına görə, bu barədə mənbəyə istinadən “AlHadath” telekanalı məlumat yayıb. Dağıntılar və ya tələfat barədə məlumat yoxdur. Qeyd edək ki, bir gün əvvəl ABŞ dövlət katibi…



