Cəmiyyət

“FAM-88”MMC-nin rəhbərliyi dələduzluqda ittiham olunur… – Prezidentə müraciət!

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 25-ci məhəllə, ev 3, mənzil 36-da yaşayan Məsimov Mafik Nizaməddin oğlu, eləcə də Məmmədova Aygün Aslan qızı, Cabbarlı Cəlil Oktay oğlu, Balaqayeva Zülfiyyə isa qızı, Süleymanov Hikmət Elbrus oğlu və s. tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilərin məktubunu olduğu kimi icra edirik:

“Cənab Prezident!

Məlumat üçün bildirək ki, “FAM-88” MMC tikinti şirkətinin rəhbərləri 2019-cu ildən başlayaraq Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 25-ci məhəllədə yaşayış binası inşa etməyə başlamış, lakin tikintini yarımçıq saxlayaraq başa çatdırmamışlar. Tikinti şirkətinin rəhbərləri 28 mənzil və bir neçə obyekti – eyni mənzili və obyekti – müxtəlif tarixlərdə bir neçə vətəndaşa sataraq dələduzluq etməklə, külli miqdarda pul vəsaitini mənimsəmişlər. Lakin tikintini başa çatdırmadan yarımçıq saxlamışlar.

Aldadılmış vətəndaşlar arasında vətən müharibəsi qaziləri, şəhid ailələri, təqaüdçülər, yaşlı müəllimlər, birinci qrup əlillər və dövlət məmurları var. Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə, Şəhərsalma və Arxitektura İdarəsinə ayrı-ayrılıqda şikayətlərimizi bildirmişik. Bir ildən çox müddətdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, hər birimizin ərizələri, ifadələri alınmış, lakin bu müddət ərzində nə binanın tikintisinin başa çatdırılması, nə də bizə dəyən maddi zərərin ödənilməsi üçün təqsirkar şəxslər barəsində tədbir görülməmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bizim suallarımıza məqsədyönlü şəkildə yayındırıcı cavablar verirlər.

Biz zərərçəkmiş vətəndaşlar illərlə işləyib dövlətin vergi və sosial ödənişlərini edib, minbir əzab-əziyyətlə yığdığımız vəsaiti öz həyat və mənzil şəraitimizi yaxşılaşdırmaq, gələcək arzularımızı həyata keçirmək üçün “FAM-88”MMC çirkətindən mənzil və obyekt almışıq. Lakin şirkətin rəhbərləri tərəfindən aldadılaraq, arzularımız və ümidlərimiz sarsıdılmışdır.

Cənab Prezident!

Ümüdimiz tək Sizə və Sizin dəmir yumruğunuzadır. Biz Sizə güvənirik və xahiş edirik ki, yuxarıda göstərilən hallarla əlaqədar “FAM-88” MMC tikinti şirkətinin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 25-ci məhəllədə yerləşən binanın tikintisinin başa çatdırmasına və ya bizə dəyən maddi zərərlərin ödənilməsi üçün işin nəzarətdə saxlanılmasına göstəriş verəsiniz”.

Qeyd edək ki, məsələ ilə bağlı “FAM-88” MMC tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.

“FAM-88”MMC-nin rəhbərliyi dələduzluqda ittiham olunur...
“FAM-88”MMC-nin rəhbərliyi dələduzluqda ittiham olunur...
“FAM-88”MMC-nin rəhbərliyi dələduzluqda ittiham olunur...
“FAM-88”MMC-nin rəhbərliyi dələduzluqda ittiham olunur...

Hurriyyet.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir